Köpüklü çaya əlavə edilən tapioka mirvarilərinin bəzi hallarda bağırsaq tıxanmasına və boğulmaya səbəb olduğu aşkar edildikdən sonra, bu çay sağlamlıq üçün təhlükəli hesab edilib.
E-saglam.az xəbər verir ki, u barədə bioloq Yekaterina Titova məlumat verib.
Onun sözlərinə görə, əsas risk içkinin özündən yox, içindəki iri və yapışqan tapioka toplarından qaynaqlanır. Danışarkən, tələsik və ya diqqətsiz şəkildə qəbul edildikdə bu toplar qida borusu əvəzinə tənəffüs yollarına düşə bilər ki, bu da boğulma riski yaradır.
Mütəxəssis əlavə edib ki, kifayət qədər maye qəbul etmədən çox miqdarda tapioka yemək də təhlükəlidir. Bu halda dənəciklər bağırsaqda bir-birinə yapışaraq tıxanma yarada bilər.
Xüsusilə azyaşlı uşaqlar üçün risk daha yüksək hesab olunur. Buna görə də 5 yaşdan kiçik uşaqlara bu tip içkilər tövsiyə edilmir.
Ümumilikdə, köpüklü çay tamamilə qadağan olunmur, lakin onun düzgün və diqqətli şəkildə qəbul edilməsi vacib sayılır.
Tərcümə: Könül Oruc