Qidalanma
Kimlərə qətiyyən
Qidalanma
150

Kimlərə qətiyyən qəhvə olmaz?

Qəhvə çoxları üçün məşhur səhər içkisi olsa da, bəzi insanlar üçün zərərli ola bilər.

E-saglam.az xəbər verir ki, Weda Klinikasının klinik diyetoloqu Alena Vavilova bildirib ki, qəhvə həddindən artıq qəbul edildikdə sinir sisteminin yorulmasına səbəb ola bilər. 

Mütəxəssisin sözlərinə görə, qəhvənin əsas təsir mexanizmlərindən biri yorğunluq siqnalı verən adenozin reseptorlarını bloklamasıdır. Nəticədə insan özünü daha az yorğun hiss edir və bədənə lazım olan istirahəti gecikdirə bilər.

Diyetoloq qeyd edib ki, xüsusilə xroniki stress altında olan və ya çox işləyən insanlar qəhvə qəbuluna diqqətli olmalıdır. Çünki qəhvə həm də stress hormonlarının ifrazını stimullaşdırır və bu da sinir sisteminə əlavə yük yarada bilər.

Vavilovanın sözlərinə görə, kofeinin orqanizmdən xaric olunma sürəti də fərqlidir. Kofeini daha yavaş xaric edən insanlara qəhvəni yalnız səhər saatlarında içmək və ya ümumiyyətlə qəbul etməmək tövsiyə olunur.

Mütəxəssis həmçinin yuxu problemi olan, tez-tez stress yaşayan və ya hiperaktiv sinir sistemi olan şəxslərin qəhvədən çəkinməsinin daha məqsədəuyğun olduğunu bildirib.

Bundan əlavə, mədə-bağırsaq problemləri olan insanlar üçün də qəhvə uyğun sayılmır. Qəhvə ödqovucu təsir göstərir və selikli qişanı qıcıqlandıra bilər. Əgər qəhvə içdikdən sonra mədə narahatlığı, ishal və ya digər həzm problemləri yaranırsa, onu pəhrizdən çıxarmaq tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun