Yandex watch
Kardioloqlar: Səhər saat 11-də edilən bir dəyişiklik

Britaniya Ürək Fondu və Milli Sağlamlıq İnstitutunun kardioloqları bildirirlər ki, səhər saat 11:00-da edilən sadə bir dəyişiklik ürək sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, onların tövsiyəsinə görə, həmin saatda peçenye və şirniyyatlar əvəzinə bir ədəd banan yemək daha faydalıdır.

Banan, qısa müddətli enerji verən şirniyyatların əksinə olaraq, tərkibindəki lif və yavaş həzm olunan karbohidratlarla toxluq hissini uzadır və gün ərzində enerji balansını qoruyur. Bu da həm qan şəkərində ani sıçrayışların qarşısını alır, həm də aclıq və yorğunluq hissini azaldır.

Kardioloqlar qeyd edir ki, banan kaliumla zəngindir, bu isə qan təzyiqini tənzimləyir və ürək-damar sistemini gücləndirir. Eyni zamanda, bananın tərkibindəki həll olunan lif xolesterinin sorulmasına mane olur və onun orqanizmdə toplanmasının qarşısını alır. Təbii şəkərlər isə həm beyin funksiyasını, həm də fiziki dözümlülüyü dəstəkləyir.

Sadəcə səhər qəlyanaltısını dəyişməklə belə sağlamlığa böyük fayda vermək mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az