Qidalanma
Diyetoloq kökəlmədən kartofu necə yeməyin
Qidalanma
85

Diyetoloq kökəlmədən kartofu necə yeməyin qaydasını açıqladı

Kartof arıqlamaq istəyən insanların tez-tez rasionundan çıxardığı qidalardan biridir. Lakin mütəxəssislər bildirirlər ki, kartof düzgün hazırlanıb, uyğun porsiyada istehlak edildikdə balanslı qidalanmanın bir hissəsi ola bilər.

E-saglam.az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, dietoloq Daria Rusakovanın sözlərinə görə, kartofun kalorisi əsasən onun necə hazırlanmasından asılıdır. Məsələn, 100 qram qaynadılmış kartof təxminən 80–85 kilokalori təşkil etdiyi halda, yağda qızardılmış kartof, kartof fri və çipsin enerji dəyəri xeyli yüksəkdir.

Kartof nişasta və lif tərkibinə görə toxluq hissinin yaranmasına kömək edə bilər. Bundan başqa, tərkibində kalium, C və B qrup vitaminləri, həmçinin bəzi minerallar mövcuddur. Soyudulmuş kartofda yaranan davamlı nişasta isə bağırsaq mikrobiotasına müəyyən müsbət təsir göstərə bilər.

Kartofu necə hazırlamaq daha yaxşıdır?

Dietoloq kartofu qaynadılmış, sobada və ya buxarda bişmiş formada istehlak etməyi tövsiyə edir. Çox miqdarda yağ, qaymaq, kərə yağı və digər yüksək kalorili əlavələr kartof yeməyinin ümumi enerji dəyərini artırır.

Kartofu daha balanslı yemək üçün onu zülal mənbələri və tərəvəzlərlə birlikdə qəbul etmək məqsədəuyğundur. Porsiya ölçüsünə də diqqət yetirmək vacibdir.

Kartofdan kimlər ehtiyatla istifadə etməlidir?

2-ci tip diabeti və ya qanda şəkər səviyyəsinin tənzimlənməsi ilə bağlı problemi olan şəxslər kartofun miqdarına və hazırlanma üsuluna xüsusi diqqət yetirməlidirlər. Fərdi qidalanma planı üçün həkim və ya diyetoloqla məsləhətləşmək daha məqsədəuyğundur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun