Toyuq əti mal və donuz ətini geridə qoyaraq, qlobal miqyasda ən çox tələbat olan ət növünə çevrilib.
E-saglam.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Qəzetin məlumatına əsasən, qlobal səviyyədə becərilən toyuqların sayı 2006-cı ildə 48.3 milyard idisə, bu rəqəm 2023-cü ildə artıq 76.2 milyarda çatıb.
İstehsal həcminə görə isə quş əti 2022-ci ildə donuz ətini üstələyib.
"Rabobank"ın eksperti Nan-Dirk Mülder bildirib ki, son üç-dörd il ərzində sözügedən ət növünün istehsalındakı artım tempi sürətlənərək illik 3 faizdən çox olub.
Oxu.az