Demək olar ki, hər evdə tapılan ən əlçatan və geniş yayılmış qidalardan biri, əslində immun sistemi üçün güclü bir müttəfiq olduğunu sübut edib.
Onun sözlərinə görə, qurudulmuş almalar təzə almalara nisbətən daha çox C vitamini, eləcə də peristaltikanı stimullaşdıran və bağırsaq mikroflorasını dəstəkləyən pektin saxlayır. Bundan əlavə, məhsul ürək və qan damarları üçün faydalı olan minerallarla - yod, sink, selen, mis və kaliumla zəngindir. Ekspert qeyd edib ki, immuniteti gücləndirən antioksidanlar və mikroelementlərin kombinasiyasıdır.
Lakin bu "qurutma" üsulunun da mənfi tərəfi var. Məhsul təzə almalardan xeyli kalorilidir, buna görə də Napolov diabet, insulin müqaviməti və piylənmə olanların həddindən artıq yeməkdən çəkinməli olduqlarını xəbərdar edir. Lakin sağlam insanlar gündə 30-50 qram - təxminən kiçik bir ovuc - istehlak etməlidirlər.
Tərcümə: Könül Oruc