Tibbi xəbərlər
Həkim şişkinliyin əsas səbəblərindən birini açıqladı:
Tibbi xəbərlər
13

Həkim şişkinliyin əsas səbəblərindən birini açıqladı: Problem bilindiyi kimi deyil

Həkim Liana Pisareva balanssız qidalanmanın və bəzi qidalanma vərdişlərinin bədəndə şişkinliyə səbəb ola biləcəyini izah edib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, şişkinliyin əsas səbəblərindən biri həddindən artıq natrium, yəni duz qəbuludur. Duzlu qidalar orqanizmdə suyun tutulmasına səbəb ola bilər. Natriumun miqdarı artdıqda, böyrəklərin onu xaric etməsi üçün müəyyən vaxt tələb olunur və bu müddətdə bədəndə maye tutulması arta bilər.

Həkim bildirib ki, bu problem xüsusilə kolbasa və digər emal olunmuş ət məhsulları, pendir, souslar, konservlər və hazır qidaları tez-tez istehlak edən insanlarda müşahidə oluna bilər.

Ümumdünya Səhiyyə Təşkilatı böyüklər üçün gündəlik duz qəbulunun 5 qramdan az olmasını tövsiyə edir.

Həkimin sözlərinə görə, bəzi hallarda insanlar uzun müddət ciddi kalori və ya karbohidrat məhdudiyyətindən sonra yenidən normal qidalanmaya başladıqda bədəndə müvəqqəti maye tutulması yarana bilər.

Bu zaman insulin və böyrəklərin natrium-suya təsir edən mexanizmlərində dəyişikliklər baş verə bilər. Yəni şişkinliyin səbəbi birbaşa qarabaşaq və ya digər karbohidratlı qidalar olmaya bilər. Problem daha çox uzunmüddətli ciddi məhdudiyyətdən sonra qidalanmanın qəfil dəyişməsi ilə əlaqəli ola bilər.

Xüsusilə uzun müddət kifayət qədər qidalanmayan insanlarda qidalanmaya qəfil və intensiv şəkildə başlamaq ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən belə hallarda qidalanma planı həkim və ya dietoloq nəzarəti ilə tənzimlənməlidir.

Şişkinliyin səbəbini tək bir qida ilə əlaqələndirmək düzgün deyil. Əgər şişkinlik davamlı və ya tez-tez təkrarlanırsa, onun səbəbini müəyyən etmək üçün həkimə müraciət etmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun