Artıq çəkidən xilas olmaq istəyən insanların bir qismi son illərdə iştahı azaldan və çəki itkisinə kömək edən dərmanlara müraciət edir.
E-saglam.az xəbər verir ki, diyetoloq Regina Axunyanovanın sözlərinə görə, bu preparatlar piylənmənin müalicəsində bir çox xəstə üçün effektiv ola bilər. Lakin onların istifadəsi ilə bağlı vacib məqam var.
Mütəxəssis vurğulayıb ki, arıqlama dərmanları təkbaşına problemin həlli deyil. Onlar iştahı azaltmağa və qida qəbulunu nəzarətdə saxlamağa kömək edə bilər, lakin insanın qidalanma vərdişlərini və həyat tərzini avtomatik olaraq dəyişdirmir.
Axunyanovanın sözlərinə görə, dərman insanın daha az ac hiss etməsinə kömək edə bilər, amma ona balanslı qidalanmağı, rasiona kifayət qədər zülal və lif daxil etməyi, müntəzəm fiziki aktivlik yaratmağı və stress zamanı həddindən artıq yeməyin səbəblərini anlamağı öyrətmir.
Bu səbəbdən arıqlama dərmanlarının daha effektiv və davamlı nəticə verməsi üçün onların qidalanma dəyişikliyi, fiziki aktivlik və davranış vərdişlərinin korreksiyası ilə birlikdə tətbiq edilməsi vacibdir.
Diyetoloq qeyd edib ki, xüsusilə emosional yemək, stress və digər psixoloji amillər nəzərə alınmadan yalnız dərmana güvənmək uzunmüddətli nəticə əldə etməyə mane ola bilər.
Tərcümə: Könül Oruc