Sağlamlıq
İş axtarışı zamanı özünüzü necə
Sağlamlıq
106

İş axtarışı zamanı özünüzü necə emosional dəstəkləməlisiniz?

Klinik psixoloq Marqarita Proşina iş axtarışı prosesinin emosional baxımdan yorucu ola biləcəyini bildirir və bu dövrdə özünü düzgün idarə etməyin vacibliyini vurğulayır.

E-saglam.az  xəbər verir ki, iş axtarışını sistemli şəkildə planlaşdırmaq lazımdır. CV hazırlanması, müraciətlər və müsahibələrə hazırlıq kimi mərhələlər üçün konkret “iş saatları” müəyyən etmək daha effektiv yanaşmadır. Bu prosesin gün boyu davam etməsi tükənməyə səbəb ola bilər.

Marqarita Proşina qeyd edir ki, gündə 4–6 saat iş axtarışına vaxt ayırmaq kifayətdir. Qalan zamanı isə şəxsi həyata, istirahətə və enerji toplamağa sərf etmək tövsiyə olunur.

Psixoloq həmçinin vurğulayır ki, həftə ərzində istirahət günləri ayırmaq və iş axtarışı ilə bağlı olmayan fəaliyyətlərlə məşğul olmaq psixoloji balansın qorunmasına kömək edir. Bu yanaşma həm motivasiyanı saxlayır, həm də prosesin daha effektiv idarə olunmasına şərait yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun