İnsult – beyin qan dövranının kəskin şəkildə pozulması nəticəsində yaranan təcili tibbi haldır. Bu zaman beyin toxuması oksigensiz və qidasız qaldığı üçün dəqiqələr ərzində zədələnməyə başlayır.
E-saglam.az mövzu ilə bağlı Uzman Nevroloq Aydın Bayramovun məqaləsini təqdim edir:
İnsultun iki növü var:
-
İşemik insult – beyin damarının tıxanması nəticəsində yaranır.
-
Hemorragik insult – beyin damarının yırtılması və qanaxma nəticəsində baş verir.
Əlamətləri:
-
Ağız bucağında əyilmə
-
Bir tərəfli qol və ya ayaqda keylik, zəiflik
-
Nitqdə çətinlik və ya anlaşılmaz danışıq
-
Tarazlığın itməsi, başgicəllənmə
-
Ani və güclü baş ağrısı və s.
İnsult zamanı nə etməli?
Simptomlar yarandığı anda xəstə təcili şəkildə xəstəxanaya çatdırılmalıdır.
Hər dəqiqə önəmlidir – vaxtında və düzgün tibbi müdaxilə həyat qurtarır.
Əgər sizdə və ya yaxınlarınızda insult şübhəsi varsa, geniş tibbi heyəti və müasir avadanlıqlarla təchiz olunmuş, 24/7 xidmət göstərən Məlhəm Beynəlxalq Hospital-a müraciət edə bilərsiniz.
Məlhəm İnsult Mərkəzi – doğru diaqnoz, düzgün müalicə yanaşması və peşəkar həkim heyəti ilə hər zaman yanınızdadır.