Yandex watch
Məlhəm Hospitalda "Ümumdünya Uşaq Xərçəngi Günü"nə həsr olunmuş

15 fevral 2025-ci ildə "Ümumdünya Uşaq Xərçəngi Günü"nə həsr olunmuş "Balaca Şahzadə" adlı maarifləndirici forum keçirildi.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tədbir Ahəng Psixoloji Dəstək və İnkişaf İctimai Birliyi və Məlhəm Beynəlxalq Hospitalının təşkilatçılığı ilə baş tutdu.

Forumda xərçəng xəstəliyindən xilas olmuş uşaqlar, onların valideynləri, həkimlər, psixoloqlar və digər mütəxəssislər iştirak edirdi. Məqsəd uşaq onkologiyası ilə bağlı cəmiyyətin maarifləndirilməsi, sağalmış uşaqların və onların ailələrinin psixoloji və sosial dəstək almasına şərait yaratmaq idi.

Tədbirin aparıcısı Ahəng İB sədri Vüsalə Əmiraslanova, fəxri qonağı isə millət vəkili Vüqar Rəhimzadə oldu.

Forumun açılış nitqində Məlhəm Beynəlxalq Hospitalının icraçı direktoru Sevda Əlizadə çıxış edərək uşaq onkologiyası ilə bağlı vacib məqamlara toxundu və tədbirin əhəmiyyətini vurğuladı.

Layihənin rəhbəri və əsas təşəbbüskarı isə "Balaca Şahzadə"nin anası Ülviyyə Nağıyeva idi. O, uşaqlara dəstəyin yalnız tibbi deyil, eyni zamanda psixoloji və sosial aspektdən də vacib olduğunu qeyd etdi.

Tədbir iştirakçıları bu forumun cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, uşaq xərçəngi ilə mübarizədə maarifləndirmənin artırılması və psixoloji dəstəyin gücləndirilməsinin vacibliyini qeyd etdilər.

Könül Oruc

E-saglam.az