Tibbi xəbərlər
Artıq "Məlhəm" Beynəlxalq Hospitalda
Tibbi xəbərlər

Artıq "Məlhəm" Beynəlxalq Hospitalda Mammologiya şöbəsi də fəaliyyət göstərir

Fəxrlə deyə bilərik ki, respublikada tanınmış, ən peşəkar süd vəzi həkimləri məhz bizim klinikada fəaliyyət göstərirlər.

Bu barədə E-saglam.az-a "Məlhəm" Beynəlxalq Hospitalından məlumat  verilib. 

Bəs ümumiyyətlə Mammologiya şöbəsi hansı sahələri əhatə edir?

Mammologiya şöbəsi süd vəzi xəstəliklərinin, o cümlədən süd vəzi xərçənginin diaqnostikası, profilaktikası və müalicəsi ilə məşğuldur.

Bildiyimiz kimi, bütün dünyada və Azərbaycanda hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Dünyada isə hər 29 saniyədə bir qadın bu xəstəlik səbəbindən həyatını itirir.

Hər il dünyada təxminən eyni səviyyədə qalan statistikaya görə, 685.000 insan süd vəzi xərçənginə yoluxur.

2023-cü ildə isə Azərbaycanda 8.321 pasiyent məhz bu diaqnoz səbəbindən dünyasını dəyişmişdir.

Təəssüf ki, bu xəstəlik kişilərdə də müşahidə olunur. Hazırda Azərbaycanda qeydiyyatda olan 147 kişidə döş xərçəngi aşkarlanmışdır.

Qadınların bəlasına çevrilmiş süd vəzi kistaları hər 3 qadından birində, fibroadenoma isə hər 9 qadından birində rast gəlinir.

Üzülərək qeyd edirik ki, Avropa Radiologiya Cəmiyyətinin statistik araşdırmasına əsasən, 2030-cu ildə hər 4 qadından birində süd vəzi xərçəngi aşkarlanacaq.

Bəs çıxış yolu varmı? Əlbəttə, var!

Bütün dünyada tanınan bir şüar var: "Erkən qoyulmuş diaqnoz – həyat qurtarır!"

Süd vəzi xərçəngində erkən diaqnoz dedikdə, mammoqrafiya aparatı vasitəsilə xəstəliyin ilkin mərhələdə aşkarlanması nəzərdə tutulur.

Yeganə mammoqrafiya müayinəsidir ki, xərçəngi 2-7 il əvvəlcədən müəyyən edə bilir.

Mikrokalsinatlar adlanan "səpgilər" yalnız mammoqrafiyada görünür, ultrasəs və digər müayinələr bunu vizualizasiya edə bilmir.
Əgər bu mikrokalsinatlar vaxtında aşkarlanmasa, 2-7 il ərzində törəməyə çevrilir və artıq pasiyent bunu düyün şəklində hiss edir.

Çox sevinirik ki, ən müasir rəqəmsal mammoqrafiya aparatı, tomosintez və süni intellekt texnologiyası vasitəsilə klinikamızın Mammologiya şöbəsi erkən mərhələdə dəqiq diaqnoz qoymaq imkanına malikdir.

Mammoqrafiya və ultrasəs müayinəsi, şübhəli törəmələrdən biopsiyanın aparılması, mikrokalsinatlara tel qoyularaq əməliyyata yönləndirilməsi, orqanqoruyucu süd vəzi əməliyyatı üçün kimyaterapiyadan öncə süd vəzisində klipslərin yerləşdirilməsi, iri kistaların aspirasiyası və digər bütün radioloji süd vəzi müayinələri bu sahədə ixtisaslaşmış süd vəzi radioloqu Günel Qəmbərova tərəfindən yüksək həssaslıqla həyata keçirilir.

Günel Qəmbərova haqqında

2007-ci ildə ATU-nun Müalicə işi fakültəsini fərqlənmə ilə bitirmişdir.

2008-ci ildən ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasında həkim-müəllim olaraq çalışır, kafedranın assistentidir.

2008-2012-ci illərdə Moskva Bloxin adına Elmi Tədqiqat Onkoloji İnstitutunun Süd vəzi şöbəsində həkim-klinik ordinator kimi fəaliyyət göstərmişdir.

2014-cü ildə Samsung şəhərindəki 19 Mayıs Universitetində ixtisasartırma kursu keçmişdir.

2017-ci ildə Türkiyədə keçirilən Beynəlxalq Süd Vəzi Konqresində e-poster məruzə ilə çıxış etmişdir.

2018-ci ildə NMIC adına Moskva Xəstəxanasında uşaq və yeniyetmələrin ultrasəs müayinəsi üzrə master-klass təlimini keçmişdir.

Qeyd edək ki, Günel Qəmbərova Avropa Radiologiya Cəmiyyətinin, Avropa və Amerika Onkoloji Cəmiyyətlərinin həqiqi üzvüdür.

O, Mammologiya sahəsində A-dan Z-yə qədər olan bütün tibbi master-klasslarda iştirak etmiş və beynəlxalq sertifikatlar almışdır.
Türk Onkodərnəyinin və Gürcüstan Radiologiya Dərnəyinin üzvüdür.

Eyni zamanda Günel Qəmbərova Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və şüa terapiyası kafedrasında 17 il müəllim kimi çalışmışdır. Onun yetişdirdiyi tələbələr bu gün xarici ölkələrdə Vətənimizi təmsil edirlər.

Günel Qəmbərova süd vəzi xərçənginin erkən diaqnostikası ilə bağlı 52 elmi məqalənin müəllifidir.

Qeyd edək ki, o, hazırda Azərbaycanda duktoqrafiya müayinəsini həyata keçirən yeganə radioloqdur!

"Məlhəm" Beynəlxalq Hospitalı ilə əlaqə: 

Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan

https://www.instagram.com/melhembeynelxalqhospital/?hl=en

Həkimlə əlaqə: +994 50 751 27 47

https://www.instagram.com/gunelqemberova/

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun