Piroqov Universitetinin Ambulator Terapiya kafedrasının həkimi və dosenti Olqa Saino toyuq bulyonunu immuniteti dəstəkləmək üçün ən faydalı yeməklərdən biri adlandırıb.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, toyuq supu bədəni dəstəkləyən amin turşuları, minerallar və elektrolitlər ehtiva edir və soyuqdəymə ilə mübarizədə kömək edir. Ədviyyatların əlavə edilməsi bəlğəmgətirici təsiri artırır və selikli qişalara qan axınını təşviq edərək immun sisteminə müsbət təsir göstərir.
Saino həmçinin qeyd edib ki, toyuq bulyonu boğaz və nazofarenksdə iltihabı azaldır, öskürəyi yüngülləşdirir. Bu səbəbdən bulyon idmançılar üçün də faydalıdır, məşqdən sonra elektrolit balansını bərpa etməyə və əzələ böyüməsini dəstəkləməyə kömək edir.
"Bulyonlar qədim zamanlardan xəstələrin bədəninə faydalı təsir göstərən vasitə hesab olunub. Müasir tədqiqatlar toyuq bulyonunun həqiqətən soyuqdəymə xəstələrinə dəstək olduğunu təsdiqləyir", - deyə Saino vurğulayıb.
O, əlavə edib ki, balıq bulyonları da oxşar faydalara malikdir.
Tərcümə: Könül Oruc