Ümumi praktikant Punam Desai bildirib ki, xüsusi qidalanma rejimi xolesterolu qısa müddətdə azaltmağa kömək edə bilər.
E-saglam.az xəbər verir ki, həkim BBC-nin “Səhər Şousu”nda çıxışı zamanı bunun üçün 48 saatlıq yulaf əsaslı pəhrizi tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, bu pəhriz iki gün ərzində kalori qəbulunu azaltmağı və əsasən yulafdan hazırlanan qidalara üstünlük verməyi nəzərdə tutur. Belə qidalanma “pis” xolesterol kimi tanınan LDL səviyyəsinin azalmasına kömək edə bilər.
Aparılan bir araşdırmada 48 saatlıq yulaf pəhrizinə əməl edən iştirakçılarda xolesterol səviyyəsinin orta hesabla 10 faiz azaldığı müşahidə olunub.
Həkim bildirib ki, bu təsir yulafın tərkibində olan yüksək həll olunan liflə bağlıdır. Bu lif həzm sistemində xolesterolu bağlayır, onun qana sorulmasını azaldır və nəticədə ürək-damar sağlamlığına müsbət təsir göstərir.
Tərcümə: Könül Oruc