Tibbi xəbərlər
Həkimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sistem yenilənib
Tibbi xəbərlər

Həkimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sistem yenilənib

E-saglam.az-ın məlumatına görə, agentliyin İT və innovasiya şöbəsinin müdiri Nicat Kərimov bildirib ki, proqrama yeniliklər əlavə edilib.

O söyləyib ki, əvvəlki versiyada tətbiq yalnız koronavirus infeksiyası ilə bağlı funksiyalardan ibarət idi: "Vətəndaşlar proqrama müraciət etdikdə həkimin müəyyən etdiyi diaqnozları və tibb müəssisəsinin göstərdiyi xidmətləri görə biləcəklər. Eyni zamanda vətəndaşlar tibb müəssisəsinə edilən müraciətləri proqram vasitəsilə qiymətləndirə də biləcəklər".

N.Kərimov deyib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən həmin nəticələr əsasında tibb müəssisəsi və işçilər qiymətləndiriləcək: "Məqsəd elektron tibbi xidmətlərin əlçatanlığını təmin etmək və keyfiyyətin artırılmasıdır. Vətəndaş həmçinin laborator müayinələrin nəticələrini həmin proqramdan öyrənə biləcəklər". /Report

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun