Sağlamlıq
Həkim smartfonların yaratdığı nevroloji problemlər barədə
Sağlamlıq
76

Həkim smartfonların yaratdığı nevroloji problemlər barədə xəbərdarlıq edir

Praktikant həkim Denis Prokofyev bildirib ki, uzun müddətli mobil telefon istifadəsi toxumaların qızmasına və nevroloji xəstəliklərin inkişafına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, radiotezlikli şüalanma təkcə istilik zədələnməsinə deyil, həm də sinir və ürək-damar sistemlərinə ciddi təsir göstərə bilər.

Prokofyev xəbərdarlıq edib ki, mobil telefondan istifadə mikrodalğalı sobaya bənzər şəkildə bədənin toxumalarını qızdırır. Bu, yorğunluğa, baş ağrılarına, yuxu problemlərinə və üz sinirlərinin zədələnməsinə səbəb ola bilər.

Həkimin sözlərinə görə, özünüzü qorumağın yeganə yolu məsafəni qorumaq və cihazla təmas müddətini məhdudlaşdırmaqdır. Mənbə uzaqda olsa belə, elektromaqnit dalğaları yenə də miqrenə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun