Sağlamlıq
Həkim səhv seçilmiş ayaqqabıların ciddi fəsadları barədə
Sağlamlıq
112

Həkim səhv seçilmiş ayaqqabıların ciddi fəsadları barədə xəbərdarlıq edib

Mütəxəssislər xəbərdarlıq edir ki, narahat və uyğun olmayan ayaqqabılar yalnız suluq və yorğunluq yaratmır, daha ciddi problemlərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, uzun müddət belə ayaqqabılar geyinmək ayaq, diz və onurğa sağlamlığına mənfi təsir göstərir.

Həkimin sözlərinə görə, dar və ya tam düz dabanlı ayaqqabılar zamanla ayağın formasını dəyişir. Bu isə yastıdabanlıq, baş barmaqda çıxıntı və barmaq deformasiyaları kimi problemlərə gətirib çıxara bilər.

Ayaqlar zərbəni düzgün udmadıqda, bədənin ümumi biomexanikası pozulur. Nəticədə baldır və bud nahiyəsində gərginlik yaranır, dizlərə və topuqlara əlavə yük düşür.

Bundan əlavə, ayağın düzgün yerləşməməsi çanaq və onurğa sütununa da təsir edir. Bu, fəqərəarası disklərdə problemlərə, bel və boyun ağrılarına səbəb ola bilər.

Mütəxəssislər rahat, ayağa uyğun və düzgün dəstək verən ayaqqabı seçməyin uzunmüddətli sağlamlıq üçün vacib olduğunu vurğulayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun