Xəstəliklər
Həkim boğaz ağrısının nə vaxt xəbərdarlıq əlaməti
Xəstəliklər
10

Həkim boğaz ağrısının nə vaxt xəbərdarlıq əlaməti olduğunu izah etdi

Boğaz ağrısı həftələrlə davam edərsə və adi soyuqdəymə dərmanları kömək etməzsə, səbəb daha ciddi sağlamlıq problemləri ola bilər.

E-saglam.az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru Aina Kuzumova bu barədə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, boyun nahiyəsində narahatlıq, paltara toxunduqda ağrı, yüngül küləkdə belə soyuqluq hissi və boğazda şişkinlik qalxanabənzər vəz problemlərinin əlaməti ola bilər. Belə hallarda vəzin quruluşunu və mümkün düyünləri qiymətləndirmək üçün ultrasəs müayinəsi aparılması tövsiyə olunur.

Həkim qeyd edib ki, boyun nahiyəsində sərt şişlərin yaranması da diqqət tələb edən əlamətlərdəndir. Bu zaman limfa düyünlərinin vəziyyətini və mümkün iltihabi prosesləri müəyyən etmək üçün ultrasəs müayinəsi aparılır.

Kuzumova vurğulayıb ki, boğaz ağrısının səbəbi hər zaman qulaq-burun-boğaz orqanları ilə bağlı olmur. Bəzən bu ağrı boyun onurğası problemləri, əzələ spazmları və ya tüpürcək vəzilərində yaranan iltihabla əlaqəli ola bilər.

Həkimin sözlərinə görə, xüsusilə birtərəfli və uzun müddət davam edən ağrılar diqqətlə araşdırılmalıdır. Çünki bəzi hallarda bu, orofarenks və ya qırtlaq nahiyəsində şişlərin erkən əlaməti ola bilər. Nadir hallarda isə səbəb boyun damarları ilə bağlı problemlər də ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun