Qidalanma
Həkim bağırsaq sağlamlığına ən çox zərər verən
Qidalanma
111

Həkim bağırsaq sağlamlığına ən çox zərər verən qidaları açıqladı

Qastroenteroloq Natalya Motyleva bağırsaq sağlamlığına ən çox zərər verən qidalar haqqında danışıb.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, mədə-bağırsaq sistemi üçün ən zərərli qida kateqoriyalarından biri ultra emal olunmuş məhsullardır. O bildirib ki, həftədə 500 qramdan çox kolbasa, hot-doq və vetçina kimi emal edilmiş ət məhsullarının istehlakı yoğun və ya düz bağırsağın selikli qişasında yaranan bədxassəli şiş — kolorektal xərçəng riskini artırır.

Mütəxəssis əlavə edib ki, fast food, çips və şəkərli qazlı içkilər kimi digər ultra emal olunmuş qidalar da bağırsaq sağlamlığına mənfi təsir göstərir. Onun sözlərinə görə, belə qidalarla zəngin pəhriz bağırsaq mikrobiotasının müxtəlifliyini azaldır. Bu isə həzm problemlərinə, immunitetin zəifləməsinə və iltihabi bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Qastroenteroloq həmçinin vurğulayıb ki, tərkibində çoxlu qida əlavələri olan məhsullar mədə-bağırsaq sisteminə əlavə zərər verir. Məsələn, süni dadlandırıcılar və bəzi emulsifikatorlar ishala səbəb ola bilər, yüksək şəkər və duz tərkibi isə şişkinlik yaradır.

Bundan başqa, ultra emal olunmuş qidalarda çox miqdarda əlavə edilmiş şəkər və fruktoza bağırsaq hərəkətliliyini poza bilər. Bu isə qarın ağrısı və qazın artması kimi problemlərə gətirib çıxara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun