Həkim 2 aylıq uşağa 15-dən çox dərman təyin edib - Savadsızlıq, yoxsa "firma" oyunu ?
Həkim 2 aylıq uşağa 15-dən çox dərman təyin edib - Savadsızlıq, yoxsa "firma" oyunu ?

Bakıda həkim 2 aylıq uşağa çox ağladığına, köp və qaz sancısına görə 15-dən çox dərman təyin edib.

E-saglam.az bildirir ki, bu məsələni pediatr Günay Rəsulova sosial şəbəkədə paylaşım edərək işıqlandırıb.

Pediatr bildirib ki, sözügedən resepti yazan həkimin hərəkəti yolverilməzdir:

"Belə ki, gentamicin antibiotik içməyə görə təyin edilib. Halbuki bu qrup antibiotiklər içməyə təyin edilməz. Digər gördüyünüz balaca paketlər Luminal qıcolmaəleyhinə vasitədir, onu da körpəyə yatsın deyə yazıblar. Mezim forte isə həzm dərmanıdır, böyüklər üçündür. Probiotiklər, qulaq damcı, göz damcısı, qaraciyər dərmanı və s...". 

Ağıla gələn, gəlməyən nə varsa yazıb. 

Pediatr deyir ki, əslində isə heç bir müalicə ehtiyacı olmayan, 3 ayından sonra öz özünə zamanla keçəcək olan bir problemlərdir.

Ehtiyac olmadığı halda 2 aylıq körpəni bu qədər zərərli dərmanla yükləmək olmaz. 

Könül Oruc