Qidalanma
Həkim 10 il daha gənc görünməyin
Qidalanma
14

Həkim 10 il daha gənc görünməyin maraqlı yolunu açıqladı

Mama-ginekoloq və endokrinoloq Yekaterina Volkova bildirib ki, bağırsaq sağlamlığı həm ümumi sağlamlıq, həm də xarici görünüşə birbaşa təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bağırsaqlar təkcə həzm prosesində deyil, həm də immun sistem, maddələr mübadiləsi və vitaminlərin mənimsənilməsində mühüm rol oynayır. Eyni zamanda bağırsaq mikrobiomu beyin fəaliyyəti, əhval-ruhiyyə və yaddaşla da əlaqəlidir.

Yekaterina Volkova qeyd edir ki, yaş artdıqca, xüsusilə 40 yaşdan sonra hormonal dəyişikliklər bağırsaq mikroflorasına təsir edə bilər. Bu isə şişkinlik, çəki artımı və dəri ilə saç sağlamlığında dəyişikliklərə səbəb ola bilər.

Həkim vurğulayır ki, daha enerjili və balanslı hiss etmək üçün ilk növbədə bağırsaq sağlamlığına diqqət yetirmək vacibdir. O, rasiona daha çox lif əlavə etməyi, emal olunmuş karbohidratları azaltmağı və antibiotikləri yalnız həkim göstərişi ilə qəbul etməyi tövsiyə edir.

Bundan əlavə, mütəxəssis stressin azaldılması və müntəzəm fiziki aktivliyin də sağlam mikrofloranın qorunmasında mühüm rol oynadığını bildirir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun