Həkim Maykl Breus bildirib ki, gecənin bir yarısı oyananda tez yuxuya getməyin iki yolu var.
E-saglam.az xəbər verir ki, o, bu üsulları "Infobae" ilə söhbətində açıqlayıb.
Breusun qeyd etdiyi kimi, əvvəlcə 4-7-8 nəfəs alma texnikasından istifadə etməlisiniz. Bunu etmək üçün əvvəlcə burnunuzdan dörd saniyə nəfəs alırsınız, sonra nəfəsinizi yeddi saniyə saxlayın və sonra səkkiz saniyə ağzınızdan nəfəs verin.
Həkim əlavə edib ki, daha sonra mütərəqqi əzələ relaksasiyasına keçək. Bu, hər bir əzələ qrupunu beş saniyə ərzində bir-bir gərginləşdirməkdən, sonra isə onları rahatlatmaqdan ibarətdir. Breus iddia edir ki, bu metod stress və narahatlığı azalda bilər və nəticədə daha rahat yuxuya qovuşa bilərsiniz.
Tərcümə: Könül Oruc