Endokrinoloq Marqarita Belousova sağlam səhər yeməyi üçün ən uyğun qidalar barədə danışıb.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, balanslı səhər yeməyi üçün bir neçə yaxşı seçim var. Bunlara təzə tərəvəz salatı və meyvə mürəbbəsi ilə tam taxıllı tostla hazırlanan omlet, kahı, qaymaqlı pendir və pomidor əlavə olunmuş toyuq döşü sendviçi daxildir.
Mütəxəssis həmçinin yunan qatıq sousu ilə meyvə və giləmeyvə qabını, giləmeyvə və qoz-fındıqla kəsmik və ya kəsmik güveçini də sağlam səhər yeməyi kimi tövsiyə edib. Feta pendiri ilə bişmiş balqabaq salatının da faydalı seçimlərdən biri olduğu qeyd olunub.
Belousova bildirib ki, səhər yeməyini daha doyurucu etmək üçün yeməklərə bir ovuc qoz-fındıq və ya bir dilim avokado kimi sağlam yağlar əlavə etmək faydalıdır.
Endokrinoloq ənənəvi sıyıqlara da diqqət çəkib. Onun sözlərinə görə, 2-ci tip diabeti olan insanlar yulaf, qarabaşaq və ya inci arpa kimi aşağı qlisemik indeksli sıyıqları seçməlidir. Qlütenə qarşı dözümsüzlüyü olan şəxslərə isə bulqur, inci arpa və buğda əsaslı sıyıqlardan uzaq durmaq tövsiyə olunur. Qarabaşaq, düyü və qarğıdalı isə daha təhlükəsiz alternativlər hesab edilir.
Tərcümə: Könül Oruc