Yandex watch
Ən təhlükəsiz qəhvə növü

Bioloq İrina Lyalina bildirib ki, kofeinin böyük miqdarda qəbulu bəzi insanlarda qan təzyiqinin artmasına, taxikardiya və aritmiyaya səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az "Gazeta.Ru"ya şərhində mütəxəssis qəhvənin ən təhlükəsiz növünü adlandırıb. 

"Ürək problemi olan insanlar üçün kofein istehlakını ümumiyyətlə məhdudlaşdırmaq və ya südlü qəhvə növlərinə üstünlük vermək, həmçinin içdikləri qəhvənin miqdarına nəzarət etmək daha yaxşıdır, gündə iki fincandan çox olmamalıdır", - deyə mütəxəssis bildirib.

Bioloq izah edib ki, qəhvəyə əlavə edilən süd kofeinin təsirini bir qədər yumşaldır və onun sorulmasını ləngidir. Mütəxəssisin fikrincə, bu, kofeinin ürəyə təsirini azaldır.

Lyalina həmçinin qeyd edib ki, kofeinin tərkibi qəhvənin növündən asılıdır. O qeyd edib ki, mağazalarda daha çox rast gəlinən “Arabika” çeşidi adətən Robustadan daha az bu maddədən ibarətdir.

Könül Oruc

E-saglam.az