Dişlərinizi fırçaladıqdan sonra ağzınızı su ilə yaxalamaq düşündüyünüz qədər faydalı deyil.
E-saglam.az xəbər verir ki, stomatoloq Pavel Lısenkov bildirir ki, bu vərdiş diş məcununun qoruyucu təsirini azaldır və çürük riskini artırır.
Onun sözlərinə görə, müasir diş məcunlarının tərkibində olan flüorid diş minasını möhkəmləndirir və onu turşulara qarşı daha davamlı edir. Lakin fırçalamadan sonra ağız su ilə yaxalandıqda bu maddə yuyulur və qoruyucu təsir zəifləyir.
Həkim qeyd edir ki, bu sadə, lakin geniş yayılmış səhv mina qatını daha həssas edir və zamanla çürüklərin yaranmasına səbəb ola bilər.
Ekspert dişləri fırçaladıqdan sonra ağızın dərhal yaxalanmamasını və flüoridin təsir göstərməsi üçün bir müddət saxlanmasını tövsiyə edir. Həkim diş fırçaladıqdan sonra qalan diş məcununu sadəcə tüpürməyi və çoxlu miqdarda su içməməyi tövsiyə edir. O, həmçinin tez-tez qəlyanaltıların və şəkərli içkilərin diş minasının zədələnməsi riskini artırdığını qeyd edib.
Tərcümə: Könül Oruc