Sağlamlıq
Davamlı unudub xatırlamağa çalışırsınız? -
Sağlamlıq
12

Davamlı unudub xatırlamağa çalışırsınız? - Unutqanlığın gizli səbəbi

B12 səviyyəsi normal olsa da unutqanlıqdan şikayət edənlər üçün səbəb bəzən fərqli göstəricidə gizlənə bilər.

E-saglam.az xəbər verir ki, biokimya mütəxəssisi Ayşegül Çoruhlu bildirir ki, bu halda diqqət yetirilməli əsas göstəricilərdən biri MCV (qırmızı qan hüceyrələrinin (eritrositlərin) orta ölçüsü) dəyəridir.

Onun sözlərinə görə, dəmir, B12 və fol turşusu çatışmazlığı yaddaş problemlərinə səbəb ola bilər. Xüsusilə “dilimin ucunda idi” kimi hallar bu maddələrin balanssızlığı ilə əlaqəli olur. Eyni zamanda qan şəkərində dalğalanmalar və reaktiv hipoqlikemiya da zehni bulanıqlıq yarada bilər.

Mütəxəssis qeyd edir ki, beyin enerji baxımından çox həssasdır və bu enerji ATP ilə təmin olunur. Gün ərzində yığılan adenozin isə yuxu ehtiyacını artırır. Kofein bu prosesi müvəqqəti bloklayaraq ayıqlığı artırsa da, problemin kökünü həll etmir.

Qidalanma da beyin sağlamlığında mühüm rol oynayır. Bildirilir ki, omeqa-3 yağ turşuları və fosfolipidlər beynin əsas tərkib hissələrindəndir. Xüsusilə yumurta tərkibindəki xolin sayəsində yaddaşı dəstəkləyə bilər.

Bağırsaq sağlamlığının da beyin funksiyalarına təsir etdiyi vurğulanır. Faydalı bakteriyalar stress hormonlarını azalda, yuxu keyfiyyətini yaxşılaşdıra bilər. Bu faktorlar ümumilikdə yaddaş və diqqətə müsbət təsir göstərir.

Ekspert əlavə edir ki, keyfiyyətli yuxu yaddaşın formalaşmasında əsas rol oynayır. REM və qeyri-REM yuxu dövrlərinin pozulması son hadisələri xatırlamaqda çətinlik yarada bilər.

MCV göstəricisi isə qırmızı qan hüceyrələrinin ölçüsünü əks etdirir. Bu dəyərin yüksək olması B12 və fol turşusu ilə bağlı problemlərə işarə edə bilər. Buna görə də analizlərdə yalnız B12 deyil, MCV göstəricisinə də diqqət yetirmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun