Xəstəliklər
Bir gündə 13, son üç ayda isə 493 nəfər yoluxub:
Xəstəliklər

Bir gündə 13, son üç ayda isə 493 nəfər yoluxub: Cəlilabadda qızılca tüğyan edir

Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınır.

E-saglam.az xəbər verir ki, “Report”un məlumatına görə, Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub.

Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir.

Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə müalicə olunur.

Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi vurulan uşaqların sayı 2 332 nəfərdir. Fevralın 9-u QPM peyvəndi 23 azyaşlıya vurulub.

Qeyd edək ki, fevralın 9-u 13 nəfər bu virusa yoluxub. 

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun