Psixologiya
Beyni təəccübləndirmək niyə vacibdir?
Psixologiya
11

Beyni təəccübləndirmək niyə vacibdir? Mütəxəssisdən sadə üsullar

Nevrologiya mütəxəssisi Derya Uludüz bildirir ki, beyni aktiv saxlamaq üçün yalnız tapmacalar və kitab oxumaq kifayət etmir.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, zehni cavan saxlamağın əsas yolu onu vaxtaşırı “təəccübləndirmək”, yəni rutinlərin xaricinə çıxmaqdır.

Mütəxəssis izah edir ki, gündəlik həyatdakı təkrar vərdişlər beyni “avtopilot” rejiminə keçirir. Bu, enerjiyə qənaət etsə də, zamanla zehni stimullaşdırmanı azaldır və insan bunu bəzən yorğunluq kimi hiss edir.

Qeyd olunur ki, eyni işləri təkrarlamaq beynin inkişafını məhdudlaşdıra bilər. Buna görə də kiçik dəyişikliklər belə mühüm rol oynayır. Məsələn, dişləri fərqli əllə fırçalamaq, gündəlik hərəkətləri dəyişmək və ya eyni anda fərqli tapşırıqlar yerinə yetirmək beyni aktiv saxlayır.

Ekspert vurğulayır ki, burada əsas məsələ nəzarətsiz çoxtapşırıqlılıq deyil, şüurlu zehni stimuldur. Yəni diqqəti bölmək yox, fərqli beyin sahələrini işlətmək vacibdir.

Sadə məşqlər də effektiv hesab olunur. Gəzərkən geriyə saymaq, iki əllə fərqli hərəkətlər etmək və ya gündəlik işlər zamanı kiçik zehni tapşırıqlar əlavə etmək beynin fəaliyyətini artırır.

Mütəxəssislər hesab edir ki, gündəlik həyata daxil edilən bu kiçik dəyişikliklər beyni daha aktiv saxlayır, diqqəti gücləndirir və uzun müddətdə zehni sağlamlığa müsbət təsir göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun