Tibbi xəbərlər
Azərbaycanda tibb mərkəzində nöqsanlar aşkarlandı,
Tibbi xəbərlər
321

Azərbaycanda tibb mərkəzində nöqsanlar aşkarlandı, məhkəmə cərimələdi

"Reo-Med Tibb Mərkəzi" MMC sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarını pozduğuna görə cərimələnib.

E-saglam.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş klinika ilə bağlı müraciətə baxılıb.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir. (İqtisadiyyat.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun