Tibbi xəbərlər
Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Tibbi xəbərlər
233

Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 070 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib. 63 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 988, bu günə qədər isə ümumilikdə 6 916 588 test icra olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun