Qidalanma
Keyfiyyətsiz emal olunmuş pendiri
Qidalanma
9

Keyfiyyətsiz emal olunmuş pendiri bu əlamətlərindən tanıyın

Keyfiyyətsiz emal olunmuş pendiri seçərkən bəzi əlamətlərə diqqət yetirmək lazımdır.

E-saglam.az xəbər verir ki, Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekan müavini, bioloq İrina Lyalina açıqlamasında məhsul seçərkən nələrə diqqət edilməli olduğunu izah edib.

Mütəxəssisin sözlərinə görə, ilk növbədə pendirin son istifadə tarixini və qablaşdırmanın vəziyyətini yoxlamaq lazımdır. Qablaşdırma bütöv, möhürlənmiş və zədələnməmiş olmalıdır. Etiketdə isə istehsalçının adı, məhsulun tam tərkibi və qida dəyəri barədə məlumatlar göstərilməlidir.

Bioloq keyfiyyətli emal olunmuş pendirin tərkibinə də diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, məhsulda süd yağının payı yüksək olmalı, əlavə rəngləndiricilər və artıq miqdarda qoruyucu maddələr olmamalıdır.

Məhsulun görünüşü də müəyyən ipucları verə bilər. Yüksək keyfiyyətli emal olunmuş pendir adətən ağdan açıq sarıya qədər solğun rəngdə olur. Həddindən artıq parlaq və doymuş sarı rəng isə məhsulda rəngləndirici maddələrin ola biləcəyini göstərə bilər.

Pendirin səthi hamar və yüngül parıltılı, konsistensiyası isə yumşaq və elastik olmalıdır. Məhsul həddindən artıq maye olmamalı və bıçaqdan axmamalıdır. Həddindən artıq yumşaq və axıcı konsistensiya pendirin tərkibində istifadə olunan əridici duzların miqdarı ilə bağlı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun