Tibbi xəbərlər
Ayaqda yaranan qəfil ağrı ciddi xəstəliyin
Tibbi xəbərlər
117

Ayaqda yaranan qəfil ağrı ciddi xəstəliyin xəbərçisi ola bilər

Dermatoloq Aleksandra Fileva bildirib ki, ayaqda qəfil və əsassız birtərəfli ağrı ciddi xəstəliyin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu simptom çox vaxt venoz qapaqların zəifləməsi və damar divarının elastikliyini itirməsi ilə bağlı varikoz damarlarını göstərə bilər.

Varikozun əsas əlamətləri arasında günün sonunda güclənən ağırlıq və dartılma hissi, ayaqlarda göyümtül damar naxışları və hörümçək damarları, gecə dana əzələlərində kramplar, həmçinin damarların üzərində qaşınma qeyd olunur.

Mütəxəssisin sözlərinə görə, ayaqdakı qəfil kəskin ağrı trombozun da göstəricisi ola bilər. Bu xəstəlik səthi və ya dərin damarlarda laxtaların əmələ gəlməsi ilə xarakterizə olunur. Tromboz zamanı təsirlənmiş nahiyədə qızartı, temperaturun artması, damar boyunca sərtlik və ağrı, ayaqda şişkinlik və ümumi narahatlıq müşahidə edilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun