Tibbi xəbərlər
Aşağı kalorili qidalar həqiqətən arıqladırmı? –
Tibbi xəbərlər
134

Aşağı kalorili qidalar həqiqətən arıqladırmı? – mütəxəssis izah edir

Endokrinoloq Viktoriya Qonçar bildirir ki, arıqlamaq üçün yalnız aşağı kalorili qidalar yemək kifayət deyil. Mütəxəssisin sözlərinə görə, düzgün nəticə əldə etmək üçün qidaların tərkibi və balansı da nəzərə alınmalıdır.

E-saglam.az xəbər verir ki, həkim vurğulayır ki, təkcə kalorini azaltmaq arıqlamağa zəmanət vermir. Qida rasionunda zülal, yağ və karbohidratların düzgün paylanması əsas rol oynayır və bu balans pozulduqda istənilən nəticə əldə olunmaya bilər.

Bundan əlavə, pəhriz toxluq hissinə, qan şəkəri və insulin səviyyəsinə birbaşa təsir edir. Yanlış qidalanma tez acmağa, enerji düşməsinə və nəticədə daha çox yeməyə səbəb ola bilər.

Mütəxəssis qeyd edir ki, arıqlama prosesində əzələ kütləsinin qorunması da vacibdir. Yalnız kalorini azaltmaqla deyil, keyfiyyətli qidalar seçməklə daha sağlam və davamlı nəticə əldə etmək mümkündür.

Bu səbəbdən diyetoloqlar tövsiyə edir ki, pəhriz tərtib edərkən yalnız “nə qədər yeyirəm” sualına deyil, “nə yeyirəm” məsələsinə də diqqət yetirilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun