Yandex watch
Alkoqol qəbul edənlər daha çox keçəl olur? -

Busan Milli Universiteti Tibb Fakültəsinin (Cənubi Koreya) alimləri müəyyən ediblər ki, spirtli içki qəbul edən insanlarda androgenetik alopesiya (AGA) inkişaf ehtimalı bir qədər yüksəkdir.

Emlakbazari.az

E-saglam.az HİT.az-a istinadla xəbər verir ki, araşdırmanın nəticələri "Alcohol and Alcoholism" (AA) jurnalında dərc olunub.

Androgenetik alopesiya (AGA) saç follikullarının mütərəqqi azalması nəticəsində yaranan irsi saç incəlməsidir. Xəstəlik həm kişilərdə, həm də qadınlarda saç tökülməsinin ən çox yayılmış formasıdır.

AGA ilk növbədə genetik və hormonal faktorlardan qaynaqlansa da, siqaret, pəhriz və stress kimi həyat tərzi faktorları da potensial səbəblər hesab edilir. Spirtli içkilərin saç tökülməsinə səbəb olub-olmadığı sualı açıq sual olaraq qalır.

Bu bilik boşluğunu doldurmaq üçün koreyalı alimlər AGA ilə spirtin təsiri arasındakı əlaqəyə dair əvvəllər dərc olunmuş elmi məqalələrin meta-analizini aparıblar. Nəticələr, spirtli içki qəbul edən insanların içməyənlərə nisbətən AGA ilə qarşılaşma ehtimalının bir az daha yüksək olduğunu göstərib. Tədqiqatçılar bu əlaqənin statistik əhəmiyyət daşımadığını qeyd ediblər.

Bir fərziyyə, alkoqol mübadiləsinin əlavə məhsulu olan asetaldehidin baş dərisinin immun mühitinə mənfi təsir göstərməsi və bununla da alopesiyanın inkişafına kömək etməsidir. Lakin alimlərin fikrincə, bu mexanizm hipotetik olaraq qalır.

E-saglam.az