Qidalanma
Alimlər xəbərdarlıq edirlər: bu temperaturda bişirilən yeməklər
Qidalanma
97

Alimlər xəbərdarlıq edirlər: bu temperaturda bişirilən yeməklər xərçəng riskini artıra bilər

Milli Xərçəng İnstitutunun məlumatına görə, yüksək temperaturda bişirilən ət məhsulları bəzi xərçəng növlərinin riskini artırır.

E-saglam.az xəbər verir ki, Stenford Universitetinin alimləri digər elmi qurumlarla birlikdə apardıqları tədqiqatda müəyyən ediblər ki, qidalar çox yüksək temperaturda bişirildikdə onların tərkibindəki DNT zədələnə bilər. Bu da sonradan insan sağlamlığına mənfi təsir göstərə bilər.

Təcrübədə donuz əti, mal əti və kartof istifadə olunub. Onlar 100 və 220 dərəcə temperaturda 15 və 20 dəqiqə ərzində bişirilib. Nəticədə yüksək temperaturda bişirilmiş məhsullarda DNT zədəsi aşkar olunub. Bu zədələr genotoksik təsir göstərərək hüceyrə mutasiyalarına, nəticədə isə xərçəng riskinin artmasına səbəb ola bilər.

Maraqlıdır ki, tərəvəzlər bu baxımdan ətə nisbətən daha az zərərli nəticələr göstərib.

Professor Erik Koul qeyd edib:

"Bu araşdırma göstərir ki, yüksək temperaturda yemək bişirmə təkcə qida keyfiyyətinə deyil, həm də uzunmüddətli sağlamlıq risklərinə təsir göstərə bilər. Yeməyin bişirilmə üsulu belə genetik risk mənbəyinə çevrilə bilər."

Alimlər aşağı temperaturda bişirmənin də eyni təsirləri yaradıb-yaratmadığını öyrənmək üçün araşdırmaları davam etdirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun