Sağlamlıq
110 il yaşamağın sirri açıldı - hər gün yedikləri
Sağlamlıq
12

110 il yaşamağın sirri açıldı - hər gün yedikləri bir qida var

Uzun və sağlam ömür sürən insanların həyat tərzi hər zaman maraq doğurur. Türkiyədə 100 yaşdan yuxarı yaşayan iki qadının gündəlik qidalanmasında ortaq bir detal diqqət çəkib – hər gün qatıq istehlakı.

E-saglam.az xəbər verir ki, 110 yaşlı Şemsi Kılıç və 106 yaşlı Dudu Candan uzun ömürlərinin sirrini sadə və təbii qidalanma ilə əlaqələndirirlər. Onların sözlərinə görə, qatıq gündəlik rasionun əsas hissəsidir.

Mütəxəssislər bildirir ki, qatıq güclü probiotik mənbəyi olaraq həzm sistemini dəstəkləyir və bağırsaq mikroflorasını yaxşılaşdırır. Bu isə immunitet sisteminin güclənməsinə və orqanizmin xəstəliklərə qarşı daha davamlı olmasına kömək edir.

Eyni zamanda, qatıq kalsium və zülal baxımından zəngindir. Bu maddələr sümüklərin möhkəmlənməsinə, əzələlərin qorunmasına və ümumi fiziki sağlamlığın dəstəklənməsinə töhfə verir.

Qatığın digər üstünlüklərindən biri də uzun müddət toxluq hissi yaratmasıdır. Bu xüsusiyyət artıq qidalanmanın qarşısını almağa və çəki nəzarətinə kömək edir.

Mütəxəssislər qeyd edir ki, təbii və balanslı qidalanma, aktiv həyat tərzi və sadə gündəlik vərdişlər uzun və sağlam ömür üçün əsas amillər hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun