Xəstəliklər
11 ilin araşdırması: Keratindən istifadə edən qadınlar
Xəstəliklər

11 ilin araşdırması: Keratindən istifadə edən qadınlar bu xəstəliyə yoluxur

Amerika Birləşmiş Ştatlarının alimləri kimyəvi saç düzləşdirici maddələrin qadınlarda xərçəng riskini artırdığını araşdırmalar nəticəsində təsdiqləyiblər.

E-saglam.az xəbər verir ki, təxminən 11 il ərzində aparılan araşdırmada 33 947 qadın izlənilib. Bu müddət ərzində keratin əsaslı saç düzləşdiricilərdən istifadə edən qadınlar arasında 378 halda uşaqlıq yolu xərçəngi aşkar edilib.

Heç vaxt saç düzləşdirici vasitələrdən istifadə etməyən qadınların 70 yaşında uşaqlıq yolu xərçənginə tutulma ehtimalı 1,64 faiz olduğu halda, kimyəvi maddələrdən istifadə edən qadınlarda bu rəqəm 4,05 faizə yüksəlib.

Araşdırma nəticələri saç boyalarının xərçəng riski ilə əlaqəli olmadığını göstərir.

Mütəxəssislər bu kimi vasitələrdən istifadə edərkən diqqətli olmağı və potensial risklərdən xəbərdar olmağı tövsiyə edirlər.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun