Sağlamlıq
102 yaşını qeyd etdi, sirrini açıqladı: hər kəs
Sağlamlıq
159

102 yaşını qeyd etdi, sirrini açıqladı: hər kəs bu həyat tərzindən danışır

Türkiyənin Ordu vilayətinin Perşembe rayonunda yaşayan 102 yaşlı Hüseyn Aydoğan sağlamlığı ilə hər kəsin diqqətini çəkib. Yaşına baxmayaraq gümrah olan Hüseyn babanın uzunömürlülük sirri maraq doğurur.

E-saglam.az xəbər verir ki, Boğazcık məhəlləsində onun üçün övladları və nəvələri tərəfindən sürpriz ad günü təşkil olunub. Məhəllə sakinlərinin də qatıldığı tədbirdə o, tortun üzərindəki şamları söndürərək sevincini bölüşüb.

Hüseyn Aydoğan bildirib ki, sağlam qalmasının əsas səbəbi aktiv həyat tərzidir. O, kiçik yaşlarından bu günə qədər hər işini özü gördüyünü və daim hərəkətdə olduğunu vurğulayıb.

O, həmçinin mümkün qədər təbii qidalanmağa çalışdığını deyib. Az, amma tez-tez qidalanmaq onun gündəlik vərdişlərindən biridir.

Onun qızı Ülkər Aydın Aydoğan atasının sağlamlığının yaxşı olduğunu bildirərək, ailə olaraq ona daim dəstək olduqlarını qeyd edib.

Mütəxəssislər də vurğulayır ki, təbii qidalanma, aktiv həyat tərzi və sadə gündəlik vərdişlər uzun və sağlam ömrün əsas şərtləri hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun