Uzunömürlülük üzrə mütəxəssis Den Byuttnerin sözlərinə görə, daha uzunömürlü olmaq və sağlam qalmaq istəyənlər mağazada məhsul seçərkən "nənə qaydası"na əməl etməlidirlər .
E-saglam.az xəbər verir ki, mütəxəssis onilliklər əvvəl mövcud olan qidaları - tərəvəzləri, paxlalıları, dənli bitkiləri və qoz-fındıqları almağı tövsiyə edir. Bu yanaşmanın əsas ideyası, tərkibində çoxlu duz, şəkər və yağ olan ultra emal olunmuş qidalardan qaçınmaqdır.
"Əgər nənəniz bunu yemək kimi qəbul etmirsə, onu rəfdə saxlayın", - deyə Buettner məsləhət gördü.
Ekspertin sözlərinə görə, müntəzəm olaraq təbii qidaların qəbulu bağırsaq sağlamlığının qorunmasına kömək edir və xroniki xəstəliklər riskini azaldır. O, sadə və tanış qidaların uzunmüddətli perspektivdə uzunömürlülük şansını artıran davamlı sağlam vərdişlər formalaşdırdığını vurğulayır.
Tərcümə: Könül Oruc