Tibbi xəbərlər
Yuxu probleminiz varsa, qidanızı gözdən keçirməlisiniz
Tibbi xəbərlər
74

Yuxu probleminiz varsa, qidanızı gözdən keçirməlisiniz

Qastroenteroloq Sergey Vyalov bildirib ki, bir çox insanlar yatmazdan əvvəl qəlyanaltılardan qorxurlar, ancaq rahatlamağa və tez yuxuya getməyə kömək edən məhsullar var.

E-saglam.az-ın məlumatına görə, Vyalov yuxuya getməkdə çətinlik çəkən insanlara axşam pəhrizinə banan daxil etməyi təklif edib. Onların tərkibində əzələləri rahatlaşdıran və melatonin hormonunun istehsalını təşviq edən maqnezium, kalium və triptofan var.

Həmçinin, yatmadan əvvəl albalı yemək də faydalıdır.

"Əsəb sistemini sakitləşdirmək üçün axşamlar bir az bal ilə ilıq süd içmək olar. Bundan əlavə, menyuya az yağlı kəsmik, yunan qatığı, qoz-fındıq, hinduşka ilə tam taxıl çörəyi, limon balzamı, lavanda və ya çobanyastığı ilə bitki çayları əlavə edə bilərsiniz. Eyni zamanda, yatmazdan əvvəl kofein, tünd şokolad, spirt, soda, paxlalılar, kələm, duzlu və ədviyyatlı yeməklərdən imtina etmək daha yaxşıdır", - Vyalov yekunlaşdırdı.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun