E-saglam.az xəbər verir ki, o, "news.ru" ilə söhbətində bu göstəricini normal vəziyyətə gətirməyin effektiv yolunu təklif edib.
Qan təzyiqini azaltmaq və xolesterolun qanda udulmasını azaltmaq üçün Pivovarova ilk növbədə qırmızı ət və yağlı süd istehlakını azaltmağı, həmçinin trans yağları - çipsi, popkorn, qaymaq və buzluqda saxlanılan məmulatları qəbul etməməyi tövsiyə etdi. Xolesterolla mübarizədə növbəti addım olaraq həkim pəhrizi həll olunan lif və yağlı balıqlarda olan Omeqa-3 yağ turşuları ilə zənginləşdirməyə çağırıb.
Pivovarova deyir ki, xolesterol səviyyəsini azaltmaq üçün pəhrizinizi düzəltməkdən əlavə, həyat tərzinizi dəyişdirməlisiniz. O, spirt istehlakını minimuma endirməyi, artıq çəkidən qurtulmağa çalışmağı, həmçinin hər gün 30 dəqiqə idman etməyi və daha çox hərəkət etməyi məsləhət görüb.
“Lift əvəzinə pilləkənlərlə gedin, avtomobilinizi ofisdən uzaqda saxlayın, nahar fasiləsində gəzin, ayaq üstə yemək bişirin. Bağ evində və bağçada fiziki işlə məşğul olun”, - terapevt tövsiyə edib.
Tərcümə etdi: Könül Oruc