Psixologiya
Yorğunluğunuz istirahətlə keçmirsə,
Psixologiya
27

Yorğunluğunuz istirahətlə keçmirsə, səbəbi başqa ola bilər

Psixoterapevt İrina Kraşkina bildirib ki, yorğunluq problemini yalnız istirahətlə həll etmək mümkün deyil.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, “mən daim yorğunam” şikayəti son dövrlərdə həkimə müraciət edənlər arasında daha çox rast gəlinir.

Mütəxəssis qeyd edib ki, yorğunluğun arxasında müxtəlif somatik səbəblər dayana bilər. Bunlara anemiya, qalxanvari vəzi xəstəlikləri, ürək və tənəffüs sistemi problemləri, eləcə də xroniki infeksiyalar daxildir. Bu səbəblər istisna edilmədən sadəcə daha çox istirahət etmək kifayət etmir.

Həkim vurğulayıb ki, eyni zamanda stress səviyyəsi, yuxunun keyfiyyəti və gündəlik həyat rejimi də qiymətləndirilməlidir. Davamlı yorğunluq psixoloji faktorlarla da əlaqəli ola bilər.

Kraşkina əlavə edib ki, lazım gəldikdə psixoloq və ya psixoterapevt dəstəyindən istifadə etmək vacibdir. Bundan əlavə, gündəlik rejimin, fiziki aktivliyin və həyat tərzinin tədricən dəyişdirilməsi yorğunluğun aradan qaldırılmasına kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun