Sosial
Xəstəliyinə görə atası atdı, nənəsi küçədə limon satır: Nurayın yaşamaq üçün yardıma
Sosial
355

Xəstəliyinə görə atası atdı, nənəsi küçədə limon satır: Nurayın yaşamaq üçün yardıma ehtiyacı var - FOTO

11 yaşlı Nurayın sizin köməyinizə ehtiyacı var.

E-saglam.az bildirir ki, bu barədə Oxu.Az-a onun anası Səbinə Salahova məlumat verib.

O bildirib ki, beyninin sol tərəfi iflic olan Nuray gəzə və danışa bilmir. Beyin funksiyaları iflic olduğuna görə Nuray altı aydan bir mütəmadi olaraq Türkiyənin İstanbul şəhərində bağırsaqlarından müalicə almalıdır.

“Nuray illərdir müalicələrlə həyatda qalıb. 11 yaşı var, o qədər arıqlayıb ki, 17 kiloqrama qədər enib çəkisi. Biz müalicə üçün Türkiyəyə yollanmalıyıq. Hazırda getmək üçün 1 000 manat toplaya bilsək də, 3 000 manatımız çatmır. İnanın maddi vəziyyətimiz çox ağırdır. Yoldaşım uşağın xəstəliyinə görə bizi atıb gedib. Gündəlik xərcləri qarşılamaq üçün 77 yaşlı anam küçədə limon və gül satır, mən də Nurayı qardaşının yanında qoyub gedib təndirxanada işləyirəm. İnanın qazandığımız pulla gündəlik qidalarımızı ancaq qarşılaya bilirik. Qızımın çox az zamanı qalıb, yardımsevər şəxslərdən qızıma yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 325-61-47.

Kapital Bank: 6768 6771 7683 9631.

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun