Tibbi xəbərlər
Xərçəngin qarşısının alınmasına kömək edə biləcək
Tibbi xəbərlər
16

Xərçəngin qarşısının alınmasına kömək edə biləcək 4 qida açıqlanıb

Onkoloq William Li bildirib ki, bəzi qidalar orqanizmin müdafiə sistemini gücləndirərək xərçəngə qarşı mübarizəyə dəstək ola bilər. Mütəxəssisin sözlərinə görə, mikroskopik xərçəng hüceyrələri bədəndə daim yarana bilər, lakin sağlam immun sistemi onları adətən zərərsizləşdirir.

E-saglam.az xəbər verir ki, həkim qeyd edir ki, immun sisteminin zəifləməsi və ya xroniki iltihab hallarında risk artır. Bu vəziyyət siqaret istifadəsi, uzunmüddətli stress və ya günəş şüalarına həddindən artıq məruz qalma kimi faktorlarla daha da güclənə bilər.

William Li vurğulayır ki, qidalar xərçəngi birbaşa müalicə etmir və tam qoruma təmin etmir. Lakin düzgün qidalanma orqanizmin müdafiə mexanizmlərini gücləndirə bilər.

Onun fikrincə, bu baxımdan xüsusilə faydalı hesab edilən qidalar bunlardır:

- Pomidor

- Soya məhsulları

- Alma

- Giləmeyvələr

Mütəxəssis izah edir ki, bu məhsullar vitaminlər, polifenollar və antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə iltihab proseslərinin azalmasına və immun sisteminin daha stabil işləməsinə dəstək ola bilər.

Həkimlər bildirir ki, sağlam qidalanma xərçəng riskini azaltmağa kömək edən vacib amillərdən biridir, lakin bu, ümumi sağlam həyat tərzinin yalnız bir hissəsidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun