Sağlamlıq
Uşaqlıq dövründə piylənmə sümük və oynaq sağlamlığı üçün
Sağlamlıq
73

Uşaqlıq dövründə piylənmə sümük və oynaq sağlamlığı üçün təhlükəlidir

Pediatr Maria Kuçigina uşaqlıq dövründə artıq çəkinin sümük və oynaq sağlamlığı üçün ciddi risk yaratdığını bildirib. Onun sözlərinə görə, artıq çəki uşaqlarda skelet sisteminə əlavə yük düşməsinə və deformasiya riskinin artmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, mütəxəssis izah edir ki, hər əlavə kiloqram yeriyərkən diz oynaqlarına təxminən 4 kiloqram əlavə təzyiq yaradır. Bu da zamanla oynaq problemlərinin yaranmasına şərait yarada bilər.

Maria Kuçigina qeyd edir ki, artıq çəkili uşaqlarda yastıayaqlıq, halluks valgus və Osgood-Schlatter kimi xəstəliklər daha tez-tez müşahidə olunur. Bu vəziyyətlər diz və ayaq nahiyəsində ağrı, şişkinlik və hərəkət məhdudluğu ilə özünü göstərə bilər.

Nəticədə ağrı uşağın hərəkətliliyini azaldır və bu da “qapalı dövrə” yaradır: hərəkət azaldıqca çəki artır, çəki artdıqca isə oynaq problemləri güclənir. Mütəxəssislər erkən müdaxilə və düzgün həyat tərzinin bu riskləri azaltmaq üçün vacib olduğunu vurğulayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun