Faydalı
Uşaq qıcolma (sudurqa) keçirən zaman nə etməli? - Pediatr danışır
Faydalı

Uşaq qıcolma (sudurqa) keçirən zaman nə etməli? - Pediatr danışır

Bəs belə olan zaman nə etmək lazımdır? 

E-saglam.az pediatr Günay Rəsulovanın mövzu ilə bağlı yazısını sizlərə təqdim edir.

Həmin an ağıla nədənsə ilk uşağın ağzını açıb dili tutmağa çalışmaq gəlir. Bu yalnış addımdır və sonradan uşağın ağzında, dilində ciddi yaralanma, hətta qanaxma olduğunu görürük. Başa düşüləndir o andakı həyəcan, amma, heç kimin övladı bu durumdan sığortalanmayıb. Odur ki, qıcolma zamanı nə etməmiz lazım olduğunu diqqətlə oxuyun dəyərli Analar və mümkünsə paylaşın. Çünki, tam sağlam uşaqlar belə qızdirmadan qıcolma keçirə bilər.

Yüksək qızdırma zamanı uşaqda periferik damarlar spazm etdiyinə görə əl ayaq soyuq ola bilər. Bu sizi çaşdırmasın. İstilik hiss etdiyiniz və ya bütün günü evi dağıdan uşağın birdən birə halsızlaşıb süstləşdiyini, zarımağa başladığını hiss etsəniz onun dərhal qızdırmasını ölçün. Qıcolma çox vaxt istiliyi fərq edilməyən əli ayağı soyuyan və üşüdən uşağı isitməyə çalışarkən olur. Olmaması üçün hərarət 38,5 i keçən kimi parasetamol içirin, uşağı soyundurun, bədənini ilıq su ilə silin, otağın havasını sərinləşdirin.

Qıcolma keçirən uşağı sadəcə sağ böyrü üstə uzadın və təcili yardım çağırın. Özünüz daha tez çata bilərsinizsə ən yaxındakı tibb müəssəsinə uşağı özünüz aparın. Uşağın ağzını açıb dili tutmağa çalışmayın. Dil arxaya gedib uşağı boğmaz əgər siz onu böyrü üstə çevirmiş olsanız. Yalnız dil dişlər arasında qalıb sıxıldığını görsəniz dişləri aralayıb dili xilas edin.

Qızdırmadan olan qıcolmalar çox zaman təhlükəsizdir. Amma hər halda belə uşağın bir nevroloq müayinəsindən də keçməsini tövsiyə edirik. Ən çox yol verilən yalnışlardan digəri isə qızdırmaya bağlı sudurqa keçirmiş uşağa sonradan uzun müddət təyin edilən qıcolma əleyhinə dərmanların verilməsidir.

Günay Rəsulova

Könül

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun