Kardioloq Lısakova bildirib ki, ürək çatışmazlığının başlıca səbəbi nəzarətsiz hipertoniya — yəni uzun müddət yüksək qan təzyiqinin müalicə olunmamasıdır.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, dünyada təxminən 1,5 milyard insan bu problemdən əziyyət çəkir və ürək çatışmazlığı hallarının 95 faizi məhz hipertoniya ilə əlaqəlidir. Bu səbəbdən həkim təzyiqin vaxtında diaqnoz olunmasının və nəzarətdə saxlanmasının həyati vacib olduğunu vurğulayıb.
İkinci geniş yayılmış səbəb isə koronar arteriyalarda aterosklerozla bağlı yaranan koronar ürək xəstəliyidir. Lısakova qeyd edir ki, aritmiya, perikardit və ürək qüsurları kimi digər problemlər bütün halların cəmi 5–10 faizini təşkil edir.
Mütəxəssis xəbərdarlıq edir ki, ürək çatışmazlığı ölüm riski yüksək olan xəstəliklərdən biridir: xəstələrin beşdə biri diaqnozdan bir il sonra, yarısı isə beş il ərzində dünyasını dəyişir. Bu risk xüsusilə XOAQ, diabet və piylənmə ilə birlikdə daha da artır.
Tərcümə: Könül Oruc