Sağlamlıq
Ucuz günəş eynəklərinin niyə təhlükəlidir? -
Sağlamlıq
77

Ucuz günəş eynəklərinin niyə təhlükəlidir? - Həkim açıqladı

Ucuz və keyfiyyətsiz günəş eynəkləri göz sağlamlığı üçün ciddi risk yarada bilər.

E-saglam.az xəbər verir ki, oftalmoloq Mariya Levina keyfiyyətsiz günəş eynəklərinin bəzən ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu bildirib.

Həkimin sözlərinə görə, ultrabənövşəyi (UV) filtrləri olmayan tünd rəngli eynəklər göz bəbəyinin genişlənməsinə səbəb olur. Nəticədə zərərli günəş şüaları daha çox miqdarda gözün torlu qişasına daxil olur və görmə orqanına zərər verə bilər.

Mütəxəssis günəş eynəyi seçərkən yalnız sertifikatlaşdırılmış və etibarlı satış məntəqələrindən alınan məhsullara üstünlük verilməsini tövsiyə edib.

Onun sözlərinə görə, yay aylarında şəhər şəraitində 2 və ya 3-cü qoruma kateqoriyalı eynəklər kifayət edir. Çimərlik və dağlıq ərazilərdə isə 4-cü kateqoriyalı qoruyucu eynəklər daha məqsədəuyğundur.

Həkim həmçinin polyarizasiya örtüyünə malik eynəklərin su, asfalt və şüşədən əks olunan parıltını azaltdığını, bunun da göz yorğunluğunu minimuma endirdiyini bildirib.

Levina əlavə edib ki, boz, qəhvəyi və kəhrəba rəngli linzalar göz üçün daha təhlükəsiz hesab olunur. Eynəklərin üzə yaxşı oturması, yan tərəflərdən işığın daxil olmasının qarşısını alması və keyfiyyətli materialdan hazırlanması da vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun