Tibbi xəbərlər
Tonometr olmadan qan təzyiqini müəyyən etmək mümkündürmü? –
Tibbi xəbərlər
201

Tonometr olmadan qan təzyiqini müəyyən etmək mümkündürmü? – kardioloqdan açıqlama

Qan təzyiqinin səviyyəsini yalnız hisslərə əsasən müəyyən etmək mümkün deyil.

E-saglam.az  xəbər verir ki, bu barədə kardioloq Filip Kuzmenko məlumat verib.

Həkim bildirib ki, yüksək qan təzyiqi bəzi hallarda baş ağrısı, qulaqlarda küy, üzün qızarması, halsızlıq və ya başgicəllənmə ilə özünü göstərə bilər. Lakin bu əlamətlər spesifik deyil və digər xəstəliklər zamanı da müşahidə oluna bilər.

Mütəxəssis vurğulayır ki, bir çox hallarda hipertoniyası olan insanlar qan təzyiqi normadan yüksək olsa belə heç bir simptom hiss etmirlər. Bu isə xəstəliyin gizli şəkildə inkişaf etməsinə səbəb olur və riski daha da artırır.

Filip Kuzmenkonun sözlərinə görə, qan təzyiqini dəqiq qiymətləndirməyin yeganə etibarlı yolu onu cihaz vasitəsilə ölçməkdir. Bu məqsədlə hər kəsin evdə tonometr saxlaması və ən azı ildə bir dəfə təzyiqini yoxlaması tövsiyə olunur.

Həkim xüsusilə qolun yuxarı hissəsinə taxılan manjetli avtomatik tonometrlərin daha dəqiq nəticə verdiyini qeyd edib. Bu, hipertoniyanın erkən aşkarlanması və qarşısının alınması üçün vacib addım hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun