Sumqayıtda Yeni ilin ilk günündə şəhid Ramil Rəhimovun qız övladı dünyaya gəlib.
E-saglam.az xəbər verir ki, körpəyə şəhidin öz arzusu ilə Yağmur adı verilib.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ramil Rəhimov 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş antiterror əməliyyatı zamanı şəhid olub.
Mənbə: Unikal.az